Bakı 2015 Avropa Oyunları

İyunun 12-də səbirsizliklə gözlənilən ,həyəcan və qürur doğuran an reallaşdı. Bakıda Birinci Avropa Oyununun çox təntənəli açılış mərasimi oldu.68 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunda rəsmi açılış mərasimində 50 olkədən 20 idman növü üzrə 60 mindən çox müxtəlif idmançı iştirak edirdi.Bütün dünya ölkəmizin-Azərbaycanın qədim tarixə,zəngin mədəniyyətə,milli-mənəvi dəyərlərə,ən əsası da parlaq idman ənələrinə malik güclü potensialına bələd olur.Dünya qarşıya qoyulan hər bir məqsədin,hər bir niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik edir.Bununla da Avropanın ən mühüm hadisəsi olan Birinci Avropa Oyunları tarix səhnəsinə Azərbaycandan daxil olur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,Avropa Oyunlarının Təşkilat komitəsinin sədri Mehriban Əliyevanın bu oyunların təşkilində əvəzsiz rolu olmuşdur.Bütün Azərbaycan xalqı ölkəmizin pzezidenti,Ali Baş komandan İlham Əliyevə,ölkəmizin birinci xanımı Mehriban Əliyevaya belə möhtəşəm Oyunların təşkil edilməsində göstərdikləri yüksək səviyyəli təşkilatçılığa görə öz dərin minnətdarlığını bildirməyi özlərinə borc bilir. Təhsil Nazirliyinin təşəbbüsü ilə bütün müəllimlər bu oyunları izləməyə nail olmuşlar.Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №li tam orta məktəbin kollektivi Təhsil Naziri Mikayıl Cabbarova da öz təşəkkürlərini bildirir.