Kimya fənnindən açıq dərs

22.05.2015-ci il tarixində sinif rəhbəri olduğum VIII c sinfində Kimya fənnindən açıq dərs keçirildi.Açıq dərs məktəbimizin Təlim –Tərbiyə işləri üzrə direktor müavini,Kimya müəllimi Səmsiyyə Azəri tərəfindən təşkil olunmuşdu.”Atomun quruluşu və elektronların energetik səviyyədə paylanması “ mövzusunda keçirilən açıq dərs ayrı-ayrı fənlərin söhbəti ilə başlandı.Sonra şagirdlər kimyaçı alimlər haqqında geniş məlumat verdilər.Atom haqqında danışaraq video-material da təqdim etdilər.Dərsin gedişində şagurdlər həyatımızın ən önəmli hissəsi olan su və onu təşkil edən hidrogen və oksigen haqqında məlumat verdilər.Suyun müəyyən xüsusiyyətləri video-material vasitəsilə nümayiş edildi.Şagirdlər tərəfindən Mendeleyev və onu yaratdığı kimyəvi elementlərin dövri sisteminə aid səhnəcik təqdim etdilər.Şəmsiyyə müəllimənin təşkil etdiyi viktorinada verilən sualları şagirdlərdən İbrahimova Nabat,Kazımov Vüsal,Quliyeva Aysel,Qubadova Ləman,Abbasov Əziz,Məmmədova Rübabə əhatəli cavablandırdılar.Dərsin növbəti mərhələsində kimyəvi maddələrin müəyyən birləşmələrlə reaksiyalarına aid təcrübələr aparıldı,video-materiallar göstərildi. Açıq dərs başa çatdıqdan sonra müşahidəçi müəllimlər dərsin gedişi haqqında öz müsbət fikirlərini söylədilər.Məktəbin direktoru Mahirə Qocayeva,dərs hissə müdiri Emin Qarayev,tarix müəlliməsi Solmaz Quliyeva,İngilis dili müəlliməsi Mələknisə Qayıbxanova,coğrafiya müəlliməsi Susanna İbrahimova,Dil-ədəbiyyat müəlliməsi Fəridə Əliyeva, məktəbin psixoloqu Turanə İmaməliyeva yüksək dərs nümayiş etdirdiklərinə görə həm Şəmsiyyə müəlliməyə ,həm də şagirdlərə öz ürək sözlərini söyləyərək onlara uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi