Metodiki işin təşkili ilə bağlı direktoryanı görüş keçirilibMetodiki işin təşkili ilə bağlı direktoryanı görüş keçirilib

       Müasir metodiki xidmətin təşkili layihəsi çərçivəsində dərs dinləmələr və metodiki görüşlər davam edir.
01/05/2025-ci il tarixdə keçirilən metodiki görüşümüz "Oxuyub-anlamaya aid dərslərin təşkili"nə həsr edildi.
Görüşdə məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova,ibtidai siniflər üzrə direktor müavini Elnurə İsmayılova,ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən  müasir metodist layihəsi çərçivəsində müəllimlərin peşəkar inkişafı üzrə məktəbdə fəaliyyət göstərən metodist Gülnisə Piriyeva,metodbirləşmə rəhbəri Ülviyyə Xudaverdiyeva və 4-cü siniflərin  sinif rəhbərləri iştirak edirdilər.
Məktəbdə aparılan metodiki işin təşkili, keçirilən monitorinqlər, aparılan dərs dinləmələrin və edilən əks-əlaqələrin müzakirəsi aparıldı.Eləcə də müəllimlərlə müzakirə aparıldı, oxuyub- anlama dərslərinin təşkili haqqında fikirləri dinlənildi, müəllimlər öz təcrübələrini bölüşdülər. Məktəb rəhbəri Zərifə Cəfərova  öz tövsiyələrini verdi , növbəti hədəf və məqsədlərlə bağlı görüş iştirakçılarını  təlimatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi