Monitorinq keçirilib

2024-2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planınının müvafiq bəndinə əsasən ll və lll siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqlarının aşkarlanması məqsədilə ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılovanın təşkilatçılığı ilə növbəti monitorinq təşkil olunmuşdur.
Monitorinq qaydalara riayət olunmaqla şəffaf şəkildə keçirilmiş və məktəb rəhbərliyi tərəfindən sonadək nəzarətdə saxlanılmışdır. Monitorinqin keçirilməsində əsas məqsəd ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olmuşdur.