Dərsdinləmələr keçirilir

2024/2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planına uyğun olaraq, dərslərdə öyrətmənin keyfiyyətinin,sağlam mənəvi-psixoloji mühitin təmin olunmasının,dərsin məqsədinin düzgün müəyyənləşdirilməsinin və təlim fəaliyyətlərinin effektiv təşkil edilməsinin öyrənilməsi məqsədilə dərsdinləmələr keçirilir....
Tarix - coğrafiya fənn aylığı çərçivəsində bu dəfəki dərsdinləmə 7"Ç" sinfində keçirilmişdir. Məktəbin tarix müəllimi Ağayeva Vüsalə Azərbaycan tarixi fənni üzrə 25/04/2025-ci il tarixdə "Mərkəzləşmiş vahid Azərbaycan dövləti " mövzusunda dərs keçmişdir.Dərsdinləmədə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.
Çox maraqlı keçən bu dərsdə dərsin mərhələləri və edilən fəaliyyətlər arasında məzmun əlaqəliliyi və məntiqi ardıcıllıq təmin olunmuşdur.
Müəllim həm dərsin gedişi zamanı ,həm də dərsin sonunda şagirdlərin biliklərini qiymətləndirdi. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilmişdir.