Şagirdlərimiz uğur qazanıblar

       22 aprel 2025-ci il tarixdə 148 nömrəli məktəbdə 2010-2013-cü il təvəllüdlü şagirdlər arasında  şəxsi yarış formatında Badminton idman növü üzrə Sabunçu rayon turniri keçirilib.
2025-ci il "Konstitusiya və suverenlik ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bu turnir Bakı Şəhər Gənclər və İdman İdarəsi və Badminton Federasiyasının təşkilatçılığı ilə baş tutmuşdur.Aşağıda adları göstərilən şagirdlər:
İbrahimov Ömər Vüsal oğlu (5b)
İbrahimova Məryəm Vüsal qızı (7ə)
Əliyeva Ayan Ruslan qızı (8c)
Novruzlu Rüfət Nemət oğlu (8c) 
məktəbin idman şərəfini ləyaqətlə təmsil edərək ll yerin qalibi olmuşlar.
Məktəb rəhbəri Zərifə Cəfərova və fiziki tərbiyə üzrə fənn metodbirləşmə rəhbəri Rüstəm Cabarov  şagirdlərimizi və onların məşqçisi Şaməddin Babayevi bütün kollektiv adından təbrik etmiş və onlara bundan sonrakı mərhələlərdə də uğurlar qazanmağı arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi