Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə inşa yazı müsabiqəsi keçirilib

18/04/ 2025-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə inşa yazı müsabiqəsinin məktəb turu keçirilmişdir.
Keçirilən bu müsabiqə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
Müsabiqə məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Afət Tağıyevanın təşkilatçılığı ilə dil-ədəbiyyat fənn müəllimləri tərəfindən keçirilmişdir.