Elmi- praktiki konfrans keçirilib

07/04/2025-ci il tarixdə Bakı şəhər icra Hakimiyyətinin təşəbbüsü və Sabunçu rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu üzrə orta məktəb şagirdləri arasında " Heydər Əliyev və Azərbaycan tarixi" adlı referat yazı müsabiqəsinə həsr olunmuş elmi praktiki konfrans keçirilib.Konfransda məktəbin tarix müəllimi İmanova Şəhanə Faiq qızı münsif olaraq çıxış etmişdir. Münsiflər heyəti Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən öncədən müəyyən edilmiş meyarlara uyğun şəkildə məktəb rəhbərlərinin təklifi ilə seçilmişdir.Belə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi olmuşdur.
Konfransda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova və şagirdlərimiz də iştirak etmişlər.