Peşəyönümü ilə bağlı tədbir keçirilib

       07/04/2025- ci il tarixdə  "Ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili"üzrə Fəaliyyət Planına əsasən  məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova və peşəyönümü üzrə koordinatoru Abidə Sadıqovanın  təşkilatçılığı ilə təhsilalanların hər hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsini təmin etmək məqsədi ilə  Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət  Peşə Təhsil Mərkəzinin müəllimləri ilə görüş keçirildi.
   "Mənim gələcək peşəm" mövzusunda keçirilən bu tədbirdə IX sinif şagirdləri, müəllimlər və valideynlər iştirak etmişlər.Tədbirə dəvət olunan Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisi Alimə Qədimova çıxış zamanı şagirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti,ixtisas seçimində diqqət yetirməli olan məqamlar,  qəbul qaydaları və digər məsələlər haqqında danışdı.Tədbir valideyn və şagirdlərin suallarının cavablandırılması ilə davam etdi.Belə marifləndirici tədbirlərin təşkili şagirdlərin müxtəlif peşələrə olan marağının artırılmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi