Olimpiada keçirilib

04/04/2025-ci il tarixdə Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onlarda dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsi məqsədilə “Zəkaların Mübarizəsi” olimpiadası keçirilib. Olimpiadada UBRT Aynurə Qasımovanın və fiziki tərbiyə müəllimi Vüsal İbrahimovun rəhbərliyi ilə məktəbimizin IX-XI sinif şagirdləri iştirak etdilər.Şagirdlərimizə ruhdan düşməyərək daha çox çalışmağı, inamla növbəti yarışlarda iştirak etmələrini və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.