"Şəhidlər Xiyabanı"nda Aprel döyüşlərinə həsr olunmuş təşkilat saatı keçirilib

Məktəbin 4"C"sinfində sinif rəhbəri Xudaverdiyeva Ülviyyənin rəhbərliyi ilə 04/04/2025-ci il tarixdə Aprel döyüşlərinə həsr edilmiş sinif təşkilat saatı keçirilib və təşkilat saatından sonra şagirdlərlə birgə "Şəhidlər Xiyabanı"na ekskursiya təşkil edilib.
Əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ülviyyə müəllim şagirdlərə Aprel döyüşlərinin əhəmiyyəti ilə bağlı məlumatlar verərək bildirib ki, məhz Aprel döyüşləri 44 günlük müharibəyə zəmin yaratdı və biz tarixi qələbəmizi qazandıq.
Bundan sonra şagirdlər hazırladıqları divar qəzetlərini təqdim edib ,Aprel Şəhidlərinin və eləcə də digər Şəhidlərimizin məzarlarını ziyarət edərkən onların məzarı başında şeirlər söyləmiş,məlumatlar səsləndirmişlər.