Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Novruz bayramına həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı "Tədbirlər Planı" nın müvafiq bəndinə əsasən məktəbin ingilis dili müəllimi Alidə Şükürovanın və ibtidai sinif müəllimi Ülviyyə Xudaverdiyevanın rəhbərliyi ilə Novruz bayramı ənənələrini əks etdirən"Novruz çələngi"adlı tədbir təşkil olunub.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbirin aparıncıları tərəfindən bolluq və xeyirxahlıq bayramı olan Novruzun Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yeri olduğu bildirilib.Bundan sonra uşaqlar novruzun əsas personajları olan kosa keçəlin məzəli deyişmələrindən ibarət səhnəciklərə,məktəbin rəqs kollektivinin ifasında milli rəqslərə tamaşa etmişlər.
Sonda məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova çıxış edərək əvvəlcə bütün kollektiv üzvlərini bayram münasibətilə təbrik etdi,daha sonra şagirdlərimizin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının ,milli adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı ,tədbirin hazırlanmasında əziyyət çəkən hər kəsə təşəkkürünü bildirdi.