Sosial aksiya keçirilib

      Bahar öz gəlişi ilə sevinc gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı hisslərini artırır. Bahar fəslini həm də ona görə sevirik ki, onun ilk ayında - martda xalqımızın milli bayramı olan Novruz qeyd olunur. Xalqımız bu bayrama  böyük  sevinclə hazırlaşır,həm də bu bayramda yaşlılar, kimsəsizlər yad olunur.... Elə bu xeyirxah niyyətlə yolumuzu kiçikyaşlı uşaqların məskunlaşdığı sığınacaqdan saldıq.
18/03/2025-ci il tarixdə məktəbin  Fiziki tərbiyə müəllimi Rüstəm Cabarovun rəhbərliyi ilə şagirdlərimiz  öz Novruz xonçalarını sığınacaqda yaşayan uşaqlarla bölüşdülər, bayramlarını təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi