Şəhid ailələrinə ziyarət təşkil olunub

   07/03/2025-ci il tarixdə 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin müəllim və şagirdləri Şəhid ailələrinə ziyarətə getmiş və anaları, nənələri bayram münasibətilə təbrik etmişlər. İsmayılova Əsmayə, Şükürova Alidə, Mikayılova Fərqanə, Zülfüqarova Elnarə, Abbasova Qızyetər, Həsənova Elnarə, Cabarov Rüstəm və bir qrup şagirdlərimiz məktəbin direktor əvəzedicisi  Zərifə Cəfərova  başda olmaqla bütün kollektiv üzvlərinin təbriklərini Şəhid Saleh Əliyevin anası Solmaz xanıma, Şəhid Əfqan Nəsirovun anası Kəmalə xanıma,Şəhid Nicat Xələfovun anası Dilarə xanıma, Şəhid Rahim Quliyevin anası Xoşgül xanıma, Şəhid Məhəmməd Şəbiyevin nənəsi Mehriban xanıma çatdırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi