Dərsdinləmələr keçirilib

2024-2025-ci tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"nın müvafiq bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində dil-ədəbiyyat fənn aylığı üzrə dərsdinləmələr keçirilir....bu dəfəki dərsdinləmə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Verdiyeva Sevdanın dərsinin dinlənilməsi olmuşdur. 28/02/2025-ci il tarixdə Sevda müəllim 8"Ə" sinfində ümumiləşdirici dərs keçərək şagirdlərin kiçik summativ qiymətləndirməyə hazırlaşmaları üçün bölmə üzrə təkrarı təmin etmişdir.Dərs diskussiya - şagirdlərlə qarşılıqlı müzakirə şəklində keçirilmişdir.
Dərsi dinləyən məktəbin direktor əvəzçisi Zərifə Cəfərova müvafiq qeydlər aparmışdır.Tədrisin keyfiyyətinin yüksəldilməsi,daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən dərsdinləmə sonda müzakirə olunmuşdur.