Şəhid məzunumuzun xatirəsi yad olunub

19.02.2025–ci il tarixində məktəbin 6"B" sinif şagirdləri sinif rəhbəri Həsənova Elnarənin təşkilatçılığı ilə Şəhid Qasımlı Nicat Elşən oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir hazırlamışlar. İlk öncə,Azərbaycanın Dövlət himni səsləndirilmiş, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Elnarə Həsənova öz çıxışından sonra sözü şagirdlərə vermiş,şagirdlər də Şəhidimizin döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığı ilə bağlı təqdimatla çıxış etmiş,vətənpərvər ruhda mahnılar oxumuş,şeirlər səsləndirmişlər.Tədbirdə Şəhidin valideynləri,məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.Qasımlı Nıcatın atası Elşən bəyə söz verilmişdir.Elşən bəy övladı haqqında xatirələrini danışmış,tədbirin keçirilməsinə görə,məktəb rəhbərliyi və şagirdlərə təşəkkürünü bildirmişdir və Şəhidlərimiz haqqında yazılmış kitabı məktəb kitabxanasına hədiyyə etmək üçün məktəbin direktor əvəzidicisi Zərifə Cəfərovaya təqdim etmişdir.Şəhidin valideynlərinə təşəkkürünü bildirən Zərifə Cəfərova çıxış edərək Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin daim ehtiramla yad edilməsini vurğulamış və qeyd etmişdir ki, bu cür tədbirlərin təşkil olunmasında əsas məqsəd, şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması,bizə çox əziz olan Şəhidlərimizin unudulmaması və onların daim yad olunaraq şərəfli ömür yolları haqqında məlumatların şagirdlərə çatdırılmasından ibarətdir. Ürəyi Vətən eşqi ilə döyünən Nicat, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalmış və bütün Şəhidlərimiz kimi daim xalqımızın qəlbində yaşayacaqdır.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!