“Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrində “Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilir. Tədbirlər 9-10-11-ci sinifdə təhsil alan oğlan şagirdləri reproduktiv sağlamlıq barədə məlumatlandırmaq məqsədilə təşkil olunur.
18/02/2025-ci il tarixdə İSİM-in həkim-metodisti Teymur Ağazadə şagirdlərə cinsi tərbiyə, şəxsi gigiyena, reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.