Psixoloji iş aparılıb

Şagirdlərlə aparılan maarifləndirici və psixoloji görüşlər məktəb psixoloqlarının iştirakı ilə davam edir.Bu məqsədlə 18/02/2025-ci il tarixdə məktəb psixoloqu İmaməliyeva Turanə yeniyetməlik yaş dövründə olan şagirdlərdə "Psixi vəziyyətin qiymətləndirilməsi" testini keçirmişdir. Bu üsulla şagirdlərin emosional sferası (təşviş, frustrasiya, aqressivlik, rigidlik) yoxlanılmış və risk qrupuna daxil olan şagirdlər müəyyən olunmuşdur.
Şagirdlərin psixi vəziyyətinin öyrənilməsi, onların fəaliyyət və inkişafını idarə etmək məqsədilə psixoloji sorğuların aparılmasında əsas məqsəd psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanlarını aşkara çıxarmaqdır.