Beynəlxalq kitab bağışlama günü qeyd olunub

14 fevral – Beynəlxalq kitab bağışlama günüdür. Bununla əlaqədar Beynəlxalq kitab bağışlama günündə 4 "A" sinif şagirdləri sinif rəhbırləri Şövkət Quliyeva ilə birgə məktəb kitabxanasına ekskursiya ediblər və “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər.
Kitabxana müdiri Mədətova Ulyaxanım, kitabxanaçı Baxşəliyeva Vüsalə şagirdləri salamlayıb, “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib və bildiriblər ki, bu bayram uşaqlarda kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu günün ölkəmizdə 2013-cü ildən qeyd olunduğunu bildirən Ulyaxanım Mədətova "Beynəlxalq kitab bağışlama günü" haqqında ətraflı məlumat vermiş və sonda şagirdləri yeni kitablarla da tanış etmişdir.