Pedaqoji Şura iclası keçirilib

       31.01.2025-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq 2024-2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi.
Pedaqoji Şuranın gündəliyinə daxil olan  aşağıdakı məsələlər müzakirə olunmuşdur.
      I yarımilin yekun hesabatının təqdimatı, Sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları ərzində məktəb üzrə keçirilən monitorinqlərin nəticələrinin təhlili məktəbdə şagird təhlükəzliyini təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi, pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi, İbtidai siniflərdə tədrisin monitorinqinin müzakirəsi, IX siniflərdə buraxılış imtahanı olan fənnlərin tədrisinin, müəllim və şagirdlərin nizam- intizam qaydalarının, dərsə davamiyyətinin nəticələrinin,məktəb inventarlarının qoruması ilə bağlı görülən işlərin,sinif rəhbərlərinin fəaliyyətinin,valideynlərlə əməkdaşlıq və s.məsələlərin müzakirəsi. İclası giriş sözü ilə məktəbin direktor əvəzçisi Zərifə Cəfərova açmışdır. Gündəlikdə duran məsələlərə toxunan məktəb rəhbəri həmçinin  Azərbaycan dili,  Riyaziyyat və Xarici dil fənlərinin tədrisi vəziyyəti ilə bağlı məruzə etmiş, müəyyən tövsiyələr vermişdir, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı fikirlərini bildirmişdir. İclasda direktor müavini Elnurə İsmayılovanın ,psixoloq Turanə İmaməliyevanın hesabatları dinlənilmişdir.
Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.
II yarımildə kollektivimizə uğurlar diləyir, növbəti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi