"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, ETN və İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Əməkdar müəllimlər Nəzakət Əliyeva və Afət Allahverdiyeva, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin direktor əvəzçisi Zərifə Cəfərova və xarici dil müəllimi İlahə Quliyeva da bu tədbirdə iştirak ediblər.Qabaqcıl ingilis dili müəllimi olan İlahə Quliyeva öz maraqlı təqdimatı ilə bu müsabiqədə III yerin qalibi olaraq diplom və qiymətli hədiyyələr ilə təltif edilmişdir.
Onu səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.