"Milli Azərbaycan Tarixi muzeyinə ekskursiya"

Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək və milli-mədəni irsimizi dərindən öyrənmək məqsədilə məktəbin tarix müəllimi İmanova Şəhanənin rəhbərliyi ilə 6"D" sinif şagirdlərinin Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı bələdçi tərəfindən şagirdlərə muzeyin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verildi. Şagirdlər H.Z.Tağıyevin ev muzeyi ilə yaxından tanış oldular, onları maraqlandıran suallar ətraflı cavablandırıldı.