Şagirdimiz beynəlxalq platformada uğur qazanıb

Məktəbimizin IX "C" sinif şagirdi Əmiraslanlı Şəhrəzad Dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, 2023 -cü ildən etibarən Azərbaycanda da fəaliyyətə başlayan FİSO- “Future Intelligence Students Olympiad” olimpiadasında qatıldığı ingilis dili fənni üzrə uğur qazanmışdır.
FISO Beynəlxalq İngilis Dili Olimpiadası, şagirdlərin ingilis dili bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır.
Bu platformada şagirdimizin bu gözəl nailiyyəti onun ingilis dili sahəsindəki dərin biliyinin və əzmkarlığının göstəricisidir.
Gələcəyin zəkalı şagirdləri olimpiadasının milli seçimlərində ən yüksək nəticəsinə görə sertifikatla təltif edilən Şəhrəzadı məktəbin direktor əvəzçisi Zərifə Cəfərova da təbrik etmiş və ona uğurlar arzulamışdır.