"Psixologiya həftəsi"çərçivəsində tədbir keçirilib

2024/2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən "Psixologiya həftəsi" keçirilmişdir.Məktəb psixoloqunun Yanvar ayı üçün Fəaliyyət Planının müvafiq bəndinə uyğun olaraq 5"Ç" sinif şagirdləri ilə görüş təşkil olunmuşdur.Psixoloq Nəsirzadə Günel şagirdləri Psixologiya elmi və onun xüsusiyyətləri ilə tanış etmişdir. "Psixologiya həftəsi" çərçivəsində keçirilən görüşdə şagirdlərə birliyin və ünsiyyətin möhkəmləndirilməsi, hörmət və empatiya bacarıqlarının formalaşdırılması üzrə tapşırıqlar təqdim edilmişdir. İstedadlı şagirdlər mövzu üzrə rəsmlər çəkərək kreativ düşüncələrini paylaşmışlar.