Zərərli vərdişlərə yox deyək !!

2024-2025-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə müvafiq bəndinə əsasən biologiya fənn aylığı çərçivəsində 23/01/2025-ci il tarixdə məktəbin biologiya müəllimi Babayeva Nailə 8"D" sinfində Reproduktiv Sağlamlıq layihəsi üzrə “Zərərli vərdişlərə yox deyək!” adlı məşğələ keçmişdir. Məqsəd zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri barəsində məlumatlar vermək, bu vərdişlərdən qorunmaq yollarını müzakirə etməkdən ibarətdir. Pis və ya zərərli vərdişlərdən uzaq olmaq, özünə və cəmiyyətə ziyanlı əməllər sahibi olmamaq insandan iradə, xarakter tələb edir.İradəni,xarakteri gücləndirmək üçün mütaliyə, müntəzəm idman hərəkətləri, piyada gəzinti, meditasiya ilə məşğul olmaq, normal qidalanmaya, istirahət və yuxu rejiminə ciddi riayət lazımdır. Şagirdlərlə birlikdə zərərli vərdişlər, xüsusən də siqaret və onun əks təsirləri barəsində fikir mübadiləsi aparıldı.