Məzunların sorağında

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına tam orta məktəbin məzunlarının xoş soraqları ölkəmizin müxtəlif ali , orta ixtisas və texniki peşə təhsilli müəssisələrindən gəlir.Bu bizi bir müəllim kimi sevindirir və biz həmin məzunlarımızla qürur duyuruq.Belə məzunlarımızdan biri də Sadıqova Yeganə Mehdi qızıdır. Sadıqova Yeganə hələ məktəb illərindən xüsusi istedadı ilə seçilən şagirdlərdən biri olub.Məktəbimizdə təşkil olunan tədbirlərdə onun söylədiyi şerlər,etdiyi çıxışlar daima alqışlarla qarşılanardı. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Pedoğoji Kollecində davam etdirən Yeganə həmin təhsil müəssisəsində də bütün fənlərdən yüksək göstəricilər əldə etmiş,şer müsabiqələrində vaxtaşırı iştirak etmişdir.Respublika ifa müsabiqəsinin Zona mərhələsində İ yer tutaraq Təhsil alan gənclərin Bədii yaradıcılıq evi tərəfindən" Diplom"la təltif olunmuşdu. 14.04 2015-ci ildə Respublika İfa müsabiqəsində “Şeir”nomonasiyası üzrə müsabiqədə yenə də I yerə layiq görülərək Təhsil Nazirliyi tərəfindən" Diplom"la təltif olunmuşdu.24.04 2015-ci ildə Bakı şəhəri üzrə keçirilən Respublika müsabiqəsində S.Vurğunun”Mənə belə söyləyirlər”şerini söyləyərək I yerə layiq görülmüş, “Fəxri Fərman” və Planşetlə təltif olunmuşdu. Yeganə hal-hazırda III kurs tələbəsidir.O,qazandığı uğurlara görə həm orta məktəb,həm də kollecdə ona dərs deyən müəllimlərinə öz dərin minnətdarlığını bildirir.Biz də öz növbəmizdə Yeğanəyə yeni-yeni uğurlar diləyirik.