BSQ keçirilməsi davam edib

2024/2025-ci tədris ilinin illik Fəaliyyət Planına əsasən, 21/01/2025-ci il tarixdə məktəbdə l yarımil üzrə BSQ-lərin keçirilməsi davam etmişdir. BSQ məktəbin illik Fəaliyyət Planına uyğun olaraq təyin olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirilir. 4-cü və 10-cu siniflərdə buraxılış fənləri üzrə (Azərbaycan dili,Riyaziyyat,İngilis dili) keçirilən bu imtahan zamanı nəzarətçi müəllimlərin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş, məktəbin direktor əvəzçisi Zərifə Cəfərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova prosesə sona qədər nəzarət etmişlər.
Qeyd edək ki,BSQ 4-cü siniflərdə rəqəmsal,10-cu siniflərdə isə, ənənəvi qaydada keçirilmişdir.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!