ŞƏHİDLƏRİMİZİ DƏRİN HÖRMƏTLƏ ANIRIQ!!!

1990-cı il yanvarın 19-dan 20-nə keçən şənbə gecəsində törədilən dəhşətdən düz 35 il keçsə də, nə düşmənin amansızlığı, nə də qanları ilə adlarını tarixə yazan, azadlıq yolunda ölümə sinə gərərək Şəhidlik zirvəsinə qalxan Vətən övladları unudulmayıb.Bu hadisə hər birimizin yaddaşında çox dərin izlər buraxmış və bu faciəni həm ağrı-acı ,həm də bir iftixar hissi ilə yad edirik.Özlərini vətən uğrunda qurban vermiş Şəhidlərimizin nisgilini qəlb ağrısı ilə yaşasaq da,onların fədakarlığı sayəsində azadlığımıza qovuşduğumuz həmin günü həm də qürurla anırıq və gələcək nəsillərin bu hadisəni doğru-dürüst dərk etməsi və düzgün qiymətləndirməsi üçün vətəndaş olaraq hər birimiz əlimizdən gələni etməliyik.
20/01/2025-ci il tarixdə məktəb rəhbərliyi və bir qrup kollektiv üzvləri "Şəhidlər Xiyabanı"nı ziyarət etmişlər.Onlar 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "Şəhidlər Xiyabanı"na gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların xatirələrini dərin ehtiramla yad ediblər.