20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

20 Yanvar faciəsinin otuz beşinci ildönümünə ilə əlaqədar Dil- ədəbiyyat müəllimi Afət Tağıyeva 7"A", 8"Ç" siniflərində xüsusi dərslər keçirib. Dərslərdə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Müəllim Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı və bildirdi ki, müasir Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar hadisələri xalqımız üçün dərin izlər buraxmışdır.