20 Yanvar faciəsinin 35- ci ildönümü ilə əlaqədar "Şəhidlər Xiyabanı"na ziyarət təşkil olunub

Məktəbin illik Fəaliyyət Planının uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər Planına müvafiq olaraq 17.01.2025-ci il tarixdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı ibtidai sinif müəllimi Cabarova Aygün 4 "Ə" sinfində həm xüsusi dərs keçmiş, şagirdlərin təqdimatı olmuş, həm də sinif şagirdləri ilə birlikdə "Şəhidlər Xiyabanı"nı ziyarət etmişlər və Şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Bu ziyarət zamanı müəllim şagirdlərə 20 Yanvar hadisələrinin önəmi və faciənin Azərbaycanın müstəqillik yolunda oynadığı rolu barədə məlumat verdi. "Şəhidlər Xiyabanı"nın sadəcə bir qəbiristanlıq deyil, eyni zamanda xalqın mübarizə ruhunu təcəssüm etdirən müqəddəs bir məkan olduğunu qeyd etdi, həmçinin, şagirdlərə bu hadisələrin gələcək nəsillərə necə ötürülməsi, Şəhidlərimizin qəhrəmanlıqlarının unudulmaması barədə danışdı.