20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Elm və Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən,17/01/2025-ci il tarixdə "20 yanvar - Qəhrəmanlıq və Milli Qürur dastanı" mövzusunda konfrans keçirilmişdir. Əvvəlcə Vətən müharibəsi Şəhidləri və Yanvar faciəsi qurbanları sükut və ehtiramla yad edilmişdir.
Konfransı təşkil edən məktəbin tarix müəllimi Ağayeva Vüsalə çıxış edərək Yanvar faciəsinin səbəbləri, günahkarları və nəticələri haqqında geniş məlumat vermiş və xalqımızın qəhrəmanlıq dastanının parlaq bir səhifəsi kimi tarixdə iz qoymuş bu faciənin həm də azadlığa gedən yolda mühüm başlanğıc olduğunu qeyd etmişdir. Hadisələrə ilk dəfə siyasi qiymət verilməsi üçün gördüyü tədbirlərə
və Şəhidlərin xatirəsinin əbədiləşdirilməsində mühüm roluna görə, Ulu Öndər Heydər Əliyevin xidmətlərinə bir daha diqqət çəkilmiş və 20 Yanvarla başlanan, 2020-ci il Vətən müharibəsindəki Böyük Zəfərlə tamamlanan mübarizənin milli yaddaşımızda, tariximizdə oynadığı əvəzsiz rolu və 2023-cü ildə Suverenliyin qazanılması ilə xalqın özünə inamının daha da artmasını vurğulanmışdır.
Müəllimlər- Afaq Nəbiyeva,Gülnaz Quliyeva da 35 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos , xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə ətraflı söz açıblar və Afaq Nəbiyeva həmin dövrdə Şəhidlər haqqında özünün yazmış olduğu şeirini də səsləndirdi.
Sonda söz direktor əvəzçisi Zərifə Cəfərovaya verilmişdir.O,isə,öz çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkənin paytaxtı Bakıda baş verən qanlı qətlyamı, onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbəran edildiyini xatırlatmış, 20 yanvar faciəsini 2020-ci ilin 10 noyabr - Zəfər gününə gedən yolun başlanğıcı kimi dəyərləndirmişdir. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Azadlıq uğrunda canından keçən Şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında, xatirəsində daima yaşayacağını, həmişə ehtiramla anılacağını deyib.Eləcə də məktəb rəhbəri qeyd edib ki,faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin rus imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğunu vurğulayıb və qeyd edib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qətlyama baxmayaraq Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu və 2020-ci ilin 27 sentyabrında başlanan, 10 noyabrda qələbəmizlə bitən Vətən müharibəsini 20 Yanvar faciəsinin mübariz məntiqi sonluğu kimi olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!