"20 Yanvar-Ümumxalq Hüzn və Milli Qürur günü" mövzusunda xüsusi dərs keçirilib

17 yanvar 2025-ci il tarixində tarix müəllimi Vüsalə Ağayevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilmişdir.
9"G" sinfində "20 Yanvar-Ümumxalq Hüzn və Milli Qürur günü" mövzusunda bu xüsusi dərsin keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.