"Ağciyərlər,tənəffüs hərəkətləri,qazlar mübadiləsi"

       2024-2025-ci tədris ilində məktəbin "Fəaliyyət Planı"na əsasən, Kimya-Biologiya fənn aylığı çərçivəsində 17/01/2025-ci il tarixdə  Biologiya müəllimi  Kərimova Xəyalə 8"B" sinfində nümunəvi dərs keçmişdir.
       Biologiya fənni üzrə "Ağciyərlər ,tənəffüs hərəkətləri ,qazlar mübadiləsi" mövzusunda keçirilən  bu nümunəvi dərs  zamanı müəllim şagirdlərlə diskussiya təşkil edərək  nəzəri  biliklərlərin mənimsənilməsini təmin etmiş və bəzi təcrübi prosesləri şagirdlərin iştirakı ilə praktiki olaraq həyata keçirmişdir.Dərsin məqsədi şagirdlərə tənəffüs sisteminin quruluşu, funksiyaları və qazlar mübadiləsinin mahiyyətini əyani və praktik metodlarla izah etmək olub.
Dərs şagirdlərin fəal iştirakı və müəllimin yaradıcı yanaşması ilə yadda qalan bir tədris nümunəsi kimi keçirilib. Bu praktiki üsulların tətbiqi şagirdlərin biologiya fənninə marağını artırmaq və mövzunu daha yaxşı qavramaq baxımından mühüm rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi