Nümunəvi dərs keçirilib

2024-2025-ci tədris ili üçün məktəbin illik "Fəaliyyət Planı"na əsasən,Kimya-Biologiya fənn aylığı çərçivəsində 17/01/2025-ci il tarixdə kimya müəllimi Lalə Həsənovanın 9"D" sinfində nümunəvi dərsi keçirilmişdir.
"Sulfat turşusu "mövzusu üzrə keçirilən bu dərsdə sulfat turşusunun şəkəri kömürləşdirmə reaksiyası,suyun üzərinə sulfat turşusu tökülməsi,sulfatın təyini -kibrit çöpünü kömürləşdirməsi kimi praktiki işlər həyata keçirilmiş,həm qrup həm fərdi şəkildə şagirdlərin bilik və bacarıqları çərçivəsində təcrübələr aparılmışdır.
Tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə kimya elmini daha səylə öyrənməyə maraq yaradan, müəllimləri öz potensiallarından tam istifadə etməyə, yaradıcı çalışmağa sövq edən dərs zəminində qarşıya qoyulan məqsədə nail olunaraq mövzu şagirdlərə mənimsədilmişdir.