İlk dərslər 20 Yanvar faciəsinə həsr olunub

       20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilir. Bu barədə Elm və Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
      Bu gün məktəbdə  bütün dərs və məşğələlər 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə  həsr edilib.Keçirilən dərslərdə şagirdlərin diqqətinə çatdırılıb  ki, 20 Yanvar  Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
      Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılan dərslərdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla dərin hörmət və ehtiramla yad edilib.  İbtidai sinif müəllimləri və fənn müəllimləri şagirdlər qarşısında  çıxış edərək  yanvar hadisələri haqqlnda geniş və məzmunlu məlumatlar verib, 20 Yanvar faciəsindən bəhs edən film nümayış etdirilib. Şagirdlərin mövzu ilə bağlı məlumatları dinlənilib, şeirlər söylənilib, Şəhidlərə həsr olunmuş təqdimatlar hazırlanıb ,əl işləri sərgilənib.
  Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi