"Azadlıq mübarizəsi" rəsm sərgisi keçirilib

      16 yanvar 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə gənclər və idman sektoru- Sabunçu Gənclər Evində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq mübarizəsi” adlı rəsm sərgisi təşkil olunmuşdur. Məktəbin 8"A"sinif şagirdləri Qafarlı Aylin, Feyziyeva Zeynəb ,
İsmayılova Nəzrin UBTR Aynurə Qasımovanın rəhbərliyi ilə  çəkdikləri rəsm əsərləri  ilə bu sərgidə iştirak etmişlər. Sərgidə fəal iştiraklarına görə, şagirdlərimiz təşkilatçılar tərəfindən "Sertifikat"la təltif olunublar. Məktəbin direktor əvəzçisi Zərifə Cəfərova bu münasibətlə şagirdlərimizi  təbrik edərək onlara uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi