Görüş keçirilib

16.01.2025-ci il tarixdə Bakı şəhər 71 nömrəli tam orta məktəbdə DİN-in Polis Akademiyasinin əməkdaşlarının iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, gənclərin gələcəkdə dövlətə və vətənə sadiq olması, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir.