"Qan yaddaşımız" adlı təşkilat saatı keçirilib

15/01/2025-ci il tarixində Kərimova Xəyalə 5 a sinfində 20 Yanvar faciəsinə həsr olunmuş "Qan yaddaşımız" adlı təşkilat saatı keçmişdir.
İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,daha sonra Şəhidlərimizin əziz ruhları 1 dəqiqəlik sükutla yad edildi. Sonra isə, Xəyalə müəllimə xalqımızın başına gələn bu faciənin təfərrüatları ilə bağlı şagirdlərlə diskussiya təşkil etmişdir.
Şagirdlər faciəyə həsr olunmuş təqdimatlar nümayiş etdirmiş,20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləmişlər. Diskussiya və təqdimatlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı söhbət açılmışdır.