I yarım il üzrə BSQ-lərə start verilib

2024/2025-ci tədris ili üzrə məktəbin illik Fəaliyyət Planına əsasən 15/01/2025-ci il tarixində məktəbdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılıb. Xüsusi olaraq Rəqəmsal Bacarıqlar layihəsinin tətbiq edildiyi siniflərdə qiymətləndirmə prosesi innovativ yanaşma ilə aparılıb. Bu siniflərdə buraxılş fənləri üzrə BSQ- lər elektron formada həyata keçirilib. Bu addım qiymətləndirmə prosesində texnologiyadan istifadəni artırmaqla şagirdlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır və tədris prosesinə müasir yanaşmanı təmin edir.Prosesə məktəb rəhbərliyi sona qədər nəzarət edib.