Nümunəvi dərs keçirilib

2024-2025-ci tədris ilində məktəbin "Fəaliyyət Planı"nın peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə müvafiq bəndinə əsasən biologiya fənn aylığı çərçivəsində 14/01/2025-ci il tarixdə məktəbin biologiya müəllimi Abdullayeva Aliyə 9"C" sinfində nümunəvi dərs keçmişdir.
"Orqanizmlərin fərdi inkişafı"mövzusu üzrə müasir təlim metodlarına əsaslanaraq keçilən bu dərsdə,əsas anlayışlar (fərdi inkişaf mərhələləri: zigot, embrion, postembrional dövr və s.) şagirdlərlə dəqiq və aydın şəkildə müzakirə olunmuşdur və şagirdlər dərs boyu fəallıq göstərmiş, mövzunu daha yaxşı qavramışlar.
Ümumilikdə, dərs məqsədə uyğun şəkildə keçilib və şagirdlərin biologiya fənninə marağını artırmaq üçün əhəmiyyətli olub.
Dərsin sonunda biologiya fənn metodbirləşməsində məktəbin direktor əvəzçisi Zərifə Cəfərova və biologiya müəllimləri ilə dərs müzakirə olunmuş ,müvafiq qərarlar qəbul olunmuşdur.