"31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə intellektual yarış keçirilib

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu gün münasibəti ilə məktəbin tarix müəllimi Gülnaz Quliyevanın təşkilatçılığı ilə IX,X,XI sinif şagirdləri arasında "Həmrəyliyimiz- birliyimizdir" adlı bilik yarışı keçirildi. Şagirdlər "Turan","Nadir şah","Bozqurd","Yeddi gözəl","Zəfər",Göytürk komandalarına bölündülər.Müxtəlif elm sahələrinə aid olan, fərqli mövzularda hazırlanan suallara ən çox sayda cavab verən "Nadir şah" komandası I yeri,"Göytürk " komandası II yeri,"Bozqurd" komandası III yeri qazanmışlar. Münsiflər heyəti olaraq tədbirdə iştirak edən məktəbin direktor əvəzçisi Zərifə Cəfərova,UBTR Aynurə Qasımova,müəllimlər- Fəridə Məhərrəmova,Afaq Nəbiyeva qalib komandaların üzvlərinə "Diplom"lar və hədiyyələr təqdim etmişlər.