"Gəncliyin ilk baharı" mövzusunda maarifləndirici söhbət aparılıb

28/12/2024-cü il tarixdə Reproduktiv sağlamlıq ilə bağlı “Gəncliyin ilk baharı” mövzusunda məktəbin Biologiya müəllimi Abdullayeva Aliyə 9 "D"sinif şagirdləri ilə maarifləndirici söhbət aparmışdır. Mənlik və əxlaqi şüurun inkişafı, ilk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası haqqında məlumatlar verilmiş,mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənilmişdir.
Maarifləndirici dərsin keçirilməsində əsas məqsəd inkişaf etməkdə olan yeniyetmələrə cinsi yetişkənlik dövrünün xüsusiyyətlərini izah edərək baş verən psixoemosional və davranış dəyişiklikləri təsirləri haqqında məlumatların verilməsidir.