Reproduktiv sağlamlıqla bağlı məşğələ keçirilib

       27/12/2024-cü il tarixdə məktəbin biologiya müəllimi Kərimova Xəyalə 8"B"sinfində "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici dərs təşkil etmişdir.
       Dərs zamanı şagirdlərə şəxsi gigiyena qaydalarının əhəmiyyəti, balanslı qidalanmanın sağlam həyat tərzində rolu və zərərli vərdişlərdən uzaq durmağın faydaları barədə məlumat verildi. Dərs interaktiv şəkildə təşkil olunmuş, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmışdır və sağlam həyat tərzinin qorunması üçün faydalı tövsiyələr verilmişdir.

Bu cür tədbirlər şagirdlərin sağlamlıq və gigiyena mövzusunda maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi