"31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü"münasibətilə təşkilat saatı keçirilib

27.12.2024-cü il tarixdə məktəbin ingilis dili müəllimi Şükürova Alidənin rəhbərliyi ilə 6 a sinfində "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə təşkilat saatı keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu vurğulayan müəllim, həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırmışdır.