"Heydər Əliyev və Azərbaycan tarixi"adlı kitabın təqdimatı keçirilib

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.
Bakı Şəhər İcra Hakimiyyətində Aparatın məsul işçələrinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov gənc tədqiqatçıları təbrik edərək, bu layihənin bundan sonra da davam etdiriləcəyini qeyd etdi.
Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan qalib şagirdləri referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Məktəbin 11"A" sinif şagirdi Məmmədova Turanənin “Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlətdə birləşdirilməsi - Sacilər”(elmi rəhbəri- Gülnaz Quliyeva)11"B" sinif şagirdi Nəcəfli Nahidin “Qafqaz İslam ordusu – Bakının düşmən işğalından azad olunması”(elmi rəhbəri- Şəhanə İmanova) mövzuları üzrə hazırladıqları referatlar da bu kitaba daxil edilmişdir. Bu münasibətlə məktəbin tarix müəllimləri Gülnaz Quliyevanı ,Şəhanə İmanovanı və şagirdlərimizi təbrik edirik ,onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.