Bilbacar müsabiqəsi uğurla həyata keçirilir

24/12/2024-cü il tarixdə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BilBacar müsabiqəsinin növbəti -"Yarış" mərhələsi baş tutdu. Məktəbimizin VIII, IX və X siniflərindən qeydiyyatdan keçmiş şagirdlərimiz bu müsabiqədə fəal iştirak etdilər. Şagirdlərimiz bilik və bacarıqlarını sınayaraq, öz potensiallarını nümayiş etdirdilər.
Məktəb koordinatorlarının rəhbərliyi ilə keçirilən bu müsabiqədə səylə çalışan şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələlərdə də uğurlar arzulayırıq!