"ANAİB I Bakı Kitab Festivalı"

    Dekabr ayının 21-də  məktəbin 7"B" sinif şagirdləri sinif rəhbəri Nuriyeva Esmiranın rəhbərliyi ilə  "Azərbaycan Nəşriyyatı Assosasiyası" İctima Birliyinin (ANAİB) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən 2024-cü ilin son kitab sərgisi "ANAİB I Bakı Kitab Festivalı"nda iştirak etmişlər. Sərgidə nümayiş etdirilən müxtəlif nəşriyyatların, kitab evlərinin kitabları, həmçinin məşhur yazıçı və şairlərin imza mərasimləri məktəblilərin diqqətini cəlb etdi.Görkəmli yazıçı Elxan Elatlı ilə  görüş uşaqlarda xüsusi təəssürat oyatdı.Festivalda şagirdlər yazıçının yeni kitablarının təqdimatında iştirak etmiş, müəllifdən imzalı kitablar əldə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi