“Qədim diyarımız-Naxçıvan”

20 dekabr 2024-cü il tarixində məktəb kitabxanasının Oxu zalında kitabxana müdiri Ulyaxanım Mədətova və kitabxanaçı Vüsalə Baxşəliyevanın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə UBTR Aynurə Qasımova da iştirak etmişdir. Şagirdlər Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, mədəni irsi və tarixi abidələri haqqında yazılan kitablarla tanış olmuş və maraqlı təqdimatlarla çıxış etmişlər.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə şagirdləri maarifləndirmək, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini şagirdlərin diqqətinə çatdırmaqdır.
Şagirdlər eləcə də kitabxanada “Qədim diyarımız- Naxçıvan” başlıqlı kitab sərgisində olan kitablarla və dövri mətbuatla ilə tanış oldular.