Dərsdinləmələrin keçirilməsi davam edir

Məktəbin illik fəaliyyət planının fənn aylıqlarının təşkili bəndinə əsasən, ayrı-ayrı fənlər üzrə fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Dekabr ayı üzrə elan olunmuş riyaziyyat fənn aylığı çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, nümunəvi dərslərin keçirilməsi, dərsdinləmələr, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu silsilədən 20/12/2024-cü il tarixdə məktəbin riyaziyyat müəllimi Nuriyeva Esmiranın 5"A" sinfində dərsi dinlənilmişdir.
Dərsdinləmədə məqsəd tədris prosesində təlim metodlarının və texnologiyaların tədbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi, şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsi və müəllim- şagird münasibətlərini təhlil edilməsidir.
Riyaziyyat fənn aylığı çərçivəsində keçirilən bu dəfəki dərsdinləmədə də bu meyarlar nəzərə alınmaqla bütün dərs prosesi məktəb rəhbərliyi və metodbirləşmə rəhbəri tərəfindən dinlənilmişdir. Esmira müəllimə interaktiv təlim metodlarından istifadə edərək maraqlı dərs nümunəsi ilə mövzunun şagirdlərə mənimsədilməsini təmin edə bilmişdir. Şagirdlərin sərbəstliyi,müstəqil öyrənmə bacarıqları,yaradıcı təklif və ideyalarla çıxışları təqdirəlayiq hesab olunmuşdur.
Dərsdinləmənin sonunda direktor əvəzedicisi Zərifə Cəfərova və metodbirləşmə rəhbəri Arzu Cəfərovanın iştirakı ilə dərs təhlil edilmiş,müvafiq qərarlar qəbul olunmuşdur.