"Naxçıvan ayı"nın keçirilməsi ilə bağlı tədbirlərimiz davam edir

 “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələn "Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsinə dair Tədbirlər Planının icrasının yerinə yetirilməsi  ilə bağlı Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində tədbirlər həyata keçirilir.
       Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq məktəbin dil-ədəbiyyat müəllimi Tağıyeva Afət 20/12/2024-cü il tarixdə  Vll"A" sinfində Naxçıvan haqqında sənədli filmin nümayişini təşkil etmiş və şagirdlər böyük maraqla filmi izləmişlər.Eləcə də sonda  şagirdlər,Naxçıvanın qədimliyinə,geosiyasi mövqeyinə,etimologiyasına,tarixinə dair hazırladıqları təqdimatları təqdim etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi